ETSN: Dumanlı hava şəraiti davam edəcək 

12:27 05.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bakıda və Abşeron yarımadasında gecə və gündüz  saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib”.

Bunu hafta.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki,  Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb:

 “Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır”.